Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən:
Hakim məhkəməni açıq elan elədi. Katib şahidlərin adlarını elan edəndən sonra hal şahidi qismində Quba sakini Cəfər Cəfərov dəvət olundu. Ona haqları tanıdıldı. Oxuya bilmədiyindən katibin köməyi ilə and içdi. Daha sonra sərbəst ifadəsinə başladı. C.Cəfərov Qubada olarkən polislərin ona yaxınlaşaraq hal-şahidi qismində dəvət elədiyini bildirdi: «Evə yaxınlaşanda İlham Ələsgərovu gördüm. Onu tanıyıram. Taksi şoferi kimi xidmətlərindən istifadə etmişəm. Dəyanətin evinə girmək istəyəndə xanımlar ev sahibinin işdə olduğunu bildirdilər və o gələnə kimi gözləməyimizi xahiş etdilər. Xanımlardan biri atasına zəng elədi. 20 dəqiqədən sonra ev sahibi gəldi və biz içəri daxil olduq».
Dövlət ittihamçısının suallarından sonra Anar Qasımov şahidə müraciət etdi.
A.Q: İndiyə kimi hal şahidi olmusunuz?
C.C: Bəli.
A.Q: Yadınızdadır neçə dəfə olub? Yəni bir dəfə, iki dəfə...
C.C: Xeyr yadımda deyil.
Bundan sonra da hal şahidi suallara qeyri-müəyyən cavab verməyə başladı ki, bu da narazılıqlara səbəb oldu. Dəyanət Səmədov da hal şahidinin qeyri-obyektiv olduğunu deyərək, narazılığını bildirdi. Bu zaman onunla hal-şahidi arasında qısa bir söz polemikası da yarandı. C.Cəfərov D.Səmədova hədə işarəsi olaraq barmağını silkələyəndə isə vəkillər öz etirazlarını bildirdilər: «Şahid sözləri və bu son hərəkəti ilə öz mövqeyini bildirib. Halbuki, o, yalnız gördüklərini deməlidir. Onun bu işdə maraqlı olduğu görünür. Xahiş edirəm bu məsələ gələcəkdə sübut üçün işə əlavə olunsun».
«HAKİM, SİZ ŞAHİDİN VƏKİLİ ROLUNDA ÇIXIŞ ETMƏYİN»
A.Q: Təhsiliniz var?
C.C: Var.
A.Q: Latın qrafikasını bilirsiniz?
C.C: Yox.
A.Q: Yadınızdadır protokol hansı dildə idi?
C.C:…
Hakim E.İsmayılov: Şahid «oxudum» demədi.
A.Q (hakimə müraciət edərək): Siz hal-şahidini xilas etməyin.
Həbib Pənahov: Hakim, siz şahidin vəkili rolunda çıxış etməyin.
Vəkil Məzahir Şahmarov (şahidə müraciət edir): Harda işləyirsən?
Şahid nə cavab verəcəyini bilmir.
Hakim E.İ: Sual çıxarılsın.
M.Ş: Bu nə deməkdir. Şahid çətinlik çəkən kimi suallar çıxarılır.
Vəkil: Evə baxış zamanı bir şey tapıldı?
C.C: Yadımda qalmayıb.
Vəkil: Başqa haralara baxdınız?
C.C: Yadımda deyil.
Vəkil: Məsələn, hamam və ayaqyoluna baxdınız?
C.C: Xatırlaya bilmirəm.
Vəkil: Bayaq dediniz quyuya baxmışıq. Necə oldu? Quyunun içinə kimsə düşdü, ya eləcə baxıldı?
C.C: Yadımda deyil.
Şahid və sair bu kimi suallara «yadımda deyil» kimi cavab verəndə, vəkil Anar Qasımov etiraz bildirdi: «Axı şahidin yadında heç nə qalmayıb. Cinayət prosedur qaydalara əsasən, əgər şahidin yaddaş problemi varsa, şahid qismində ifadə verə bilməz».
Hakim vəsatəti qəbul etmədi.
A.Q: Həyətdə qarda iz var idi?
C.C: Yox idi. Ona görə ifadəmdə qeyd etdi ki, heç kim silahı qoya bilməzdi.
A.Q: Siz yalnız gördüklərinizi deməlisiniz. Siz haradan əmin oldunuz ki, heç kim qoya bilməzdi. Bəlkə gecə qoyublar?
Hakim: Sual çıxarılsın.
A.Q: Mən bilməliyəm. Bəlkə kimsə ona əvvəlcədən deyib ki, burada belə deyərsən?
Sonra Dəyanət Səmədov sual vermək istədiyini bildirdi:
- Dedin ki, siz gələndə təxminən saat 8-ə 20 dəqiqə işləmişdi. Həmin vaxt qaz gəlirdi?
C.C: Bəli.
D.S: Qazanxanada qazla işləyən peç var idi?
C.C: Biri işləyirdi.
D.S: Deməyim odur ki, necə olub ki, silah olan yerdə qaz yandırmışıq?
Rufulla Axundzadə üzünü şahidə tutaraq dedi: «37-ci ildə bizim xalqın oğlanlarını elə sizin kimilər tutdurub represiya elətdirdilər».
Vəkil A.Qasımov şahidin ifadəsi ilə protokolda ziddiyyətlər olduğunu bildirərək, ilkin ifadəsinin oxunmasını tələb etdi. Orada da bəzi ziddiyyətli məqamlar ortaya çıxdı. Vəkillər bununla bağlı sual verəndə, hakim «Siz prosesi pozmağa çalışırsınız», - deyə bildirdi. Vəkil Həbib Pənahov da etirazını bildirərək bunları dedi: «Niyə biz bir söz deyəndə prosesi pozuruq, ittihamçıya isə heç bir söz demirsiniz».
Bundan sonra hal şahidi qismində İlham Ələsgərov dəvət olundu. Ona da haqları tanıdıldıqdan və and içdirildikdən sonra sərbəst ifadə üçün söz verildi. Maraqlıdır ki, İlham Ələsgərov Cəfər Cəfərovu ilk dəfə burda gördüyünu və burda tanış oduğunu bildirdi. Amma əv