Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: Yəmən prezidenti Əli Abdulla Saleh iki ay öncə iqamətgahına olunan hücum nəticəsində yaralandıqdan sonra müalicə üçün yerləşdirildiyi Səudiyyə Ərəbistanındakı xəstəxanadan buraxılıb. Ancaq onun bərpa dövrü keçəcəyi səbəbindəm vətəninə dönməyəcəyi də bildirilir. Yəmən diktatoru hələ bir müddət Ər Riyyada qalacaq.
Səudiyyə Ərəbsitanının rəsmiləri də Salehin xəstəxananı tərk etdiyini təsdiqləyib və onun bərpa müddəti ərzində müvəqqəti iqamətgaha yerləşdiriləcəyini bildirib. Rəsmilər bərpa müddətinin nə qədər çəkəcəyi ilə bağlı heç bir məlumat verməyiblər.
Xatırladaq ki, prezident sarayına atılan raket zərbəsindən sonra ağır yaralanan Əli Abdulla Salehin üzərinə 2 əməliyyat keçirilib. Onun bədəninin 40 faizi yanıb, ciyərlərindən biri sıradan çıxıb.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır