Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: Əliyevlər rejimində məmurlar Bakı və Bakı ətrafında göydələnlər inşa etdiyi halda xalqın güzaranı gün bə gün pisləşməkdədir. Aşağı təbəqə ya acından yada ki, aldıqları kredit və borcların ödəməsindən aciz olduğuna görə çıxış yolunu intiharda tapırlar. Belə ki, növbəti intihar hadisəsi Goranboy rayonu ərazisində baş verib.
Rayon Prokurorluğundan verilən məlumata görə, məcburi köçkünlər üçün inşa olunan yeni yaşayış massivində məskunlaşmış 45 yaşlı Rəşid Yolçuyev özünü tövlədə asıb.
Faktla bağlı Cinayət Məcəlləsinin özünü öldürnə həddinə çatdırma (125-ci) maddəsi ilə cinayət işi başlanıb.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır