Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: Ərdoğanın Bakı səfəri ilə bağlı məsələsində bir çoxlarının fikirləri Azərbaycan rəsmilərinin fikirləri ilə üst-üstə düşmür. Belə ki, Azərbaycan hökuməti artıq İsrail rejimi ilə anlaşıb. Və sionist yəhudilərin maraqlarını qoruyaan rəsmi Bakı ilə bu gün Fələstinin baş himayədarından birinə çevrilmiş Ərdoğanın hansısa müstəvidə anlaşması qeyri-mümkündür.
Digər tərəfdən Azərbaycan iqtidarı əslində Bakı-Tiflis-Ceyhan xəttinin də Türkiyənin ərazisindən keçməsinə çalışrdı: «Amma bunu bacara bilmirlər. Çünki BTC xətti ilə İsrailə neft ötürülür. Azərbaycandan olsaydı, yəhudi qardaşlarına nefti Türkiyənin yox, Rusiyanın araçılığı ilə ötürərdi. Amma nə yazıq ki, Rusiya İsraillə qonşu deyil.
Daha sonra məlumata görə Ərdoğan Bakıda qarşılanma mərasimi zamanı ayaqüstü şəkildə Azərbaycan Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayevlə də zarafatlaşıb: Onların hansı mövzuda danışdıqlarını təxmin etmək çox asandır. Çox güman türkiyəli baş nazir Azərbaycanın neft patronundan «nədən bizimlə təbii qaz mövzusunda anlaşmırsınız» sualına cavab istəyib və Rövnəq Abdullayev də cavabında «mən çox kiçik adamam» cavabını verib. Onların arasındakı dialoqun təxminən bu tərzdə ola biləcəyini şübhəsizdir. Çünki Azərbaycan hakimiyyəti son illərdə nümayiş etdirdiyi siyasəti ilə özünün əsas ortaqlarını çoxdan müəyyən edib. Sionist Qərbin diqtəsindən çıxmayan bir ölkənin müstəqil qərar verməsi mümkün deyil. Belə olan halda, Rövnəq Abdullayev kimdir ki müstəqil şəkildə hansısa məsələ ilə bağlı qərar verə bilsin.
Onu da qeyd edək ki, Ərdoğan Bakıda çox mühüm vədlərlə çıxış edib. Rəcəb Tayyib Ərdoğan yaxşı bilir ki, Azərbaycan hökuməti Qarabağ probleminin müharibə yolu ilə həll olunmasına qərar verə bilməz. Ona görə də Türkiyənin baş naziri Azərbaycan Respublikasının prezidenti İlham Əliyevi ürəkləndirmək üçün hətta hərbi əməliyyatlar bərpa olunarsa, bu zaman Türkiyədən açıq hərbi dəstək ala biləcəyini söyləyib.
Azərbaycan hakimiyyətindəki etibarlı mənbələrə istinadən bildirilir ki, Ərdoğan hətta İlham Əliyevə Türkiyənin hərbi texniki imkanlarından da yararlanma fürsətini tanıdığını bəyan edib: «Əslində İlham Əliyev belə bir cəsarətli addımı ata bilməz. Çünki dəfələrlə İran tərəfi də qeyri-rəsmi danışıqlarda Azərbaycana hərbi məsələdə yardım edəcəyini söyləyib. Amma rəsmi Bakı bunları geri çevirib. Çünki onların Qarabağ problemini həll etmək kimi bir niyyətləri yoxdur. Əgər olsaydı, bu gün Qarabağı ala biləcək din əhlinə qarşı repressiya siyasəti yürüdülməzdi».
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır