Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: Heç bir xalqın tərəqqisinə sevinməyən, müxtəlif bəhanələrlə dünya xalqlarının inkişafının qarşısını alan sionist təşkilatı daha bir yeni terror aktı törədib. ABŞ və İşğalçı İsrail musdurları İranın İslam Respublikası paytaxtı Tehranda bu ölkənin Atom Enerjisi Təşkilatının əməkdaşı, 35 yaşlı fizik Dəryuş Rizaini qətlə yetiriblər. Muzdurlar sui-qəsd mərhumun yaşadığı evin qarşısında təşkil ediblər. Belə ki, Rizai həyat yoldaşı və qızı ilə birlikdə, şəxsi avtomobilində evinə yaxınlaşarkən 2 motosikletçi onlara 5 dəfə atəş açıb.
İnsident nəticəsində Dəryuş Rizai hadisə yerindəcə şəhid olub. Onun həyat yoldaşı isə xəsarət alıb. Qətli törədənlər müvəqqəti hadisə yerindən uzaqlaşmağı bacarıb.
Ərazidə hüquq-mühafizə orqanlarının əməkdaşları araşdırma aparır. Qətli törətmiş şəxslər axtarışdadır.
Xatırladaq ki, son bir ay ərzində İrand İslam Respublikasında nüvə proqramı sahəsində çalışan Məcid Şəhriari və Məsud Əli Məhəmmədi də qətlə yetirilib. Rəsmi Tehran həmin qətllərdə ələ keçitdiyi sənədlərə əsasən ABŞ və İşğalçı İsrail xüsusi xidmət orqanlarını ittiham edir.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır