Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: İyul ayının 16-sı axşam İmamət ulduzunun on ikincisi İmam Mehdi Sahibəzzamanın (ə.f) mübarək mövlud bayramı münasibəti ilə Masallı rayonunun Boradigah qəsəbəsində bayram tədbiri keçirildi. Bayram münasibəti ilə ehsan süfrəsi açıldı.
Tədbir Məşədi Cəbrayılın quran tilavəti ilə başladı. Quran tilavət olunduqdan sonra Əhli Beyt məddahı Mirzəəli Mirəziz oğlu öz gözəl surudları ilə məclisə rəng qatdı.
Sonra söz ilahiyyatçı alim Boradigah qəsəbəsinin imam cüməsi Kərbəlayi Şahsuvara verildi. Söhbətini Qurani-Kərimin Tövbə surəsinin 75-76-cı ayələri ilə başlayan ilahiyyatçı, sözlərini "Allahım səni and veririk İmam Zaman Ağanın (ə.f) nənəsi Xanım Fatimeyi Zəhraya(s.ə) və anası Nərcis Xatuna ağamızın zühurun təcil et" sözləri ilə bitirdi.
Qeyd etmək istərdik ki, İmam Mehdi Sahibbəzzamanın(ə.f) səadətli mövludu ilə əlaqədar daha bir məclis Masallı rayonunun Ərkivan qəsəbəsində fəaliyyət göstərən Ərkivan şadlıq sarayında, Azərbaycan ilahi nəğmələr qrupunun iştirakı ilə qeyd edilmişdir.


Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır