14 iyul 2011 - 19:30

Kənd sakinlərinin verdiyi məlumata görə, Salman Həmidov uzun müddətdir ki, ailəsi ilə birgə Ukraynada yaşayır. Onun iş adamı olduğu bildirilir.

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: Azərbaycanın Zərdab rayon sakini Ukraynada güllələnib. Hadisə dünən Donetsk şəhərində baş verib. Rayonun Məmmədqasımlı kəndində anadan olan 45 yaşlı Həmidov Salman Abduləziz oğlu 3 güllə yarası ilə xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin ağır olduğu bildirilir.

Kənd sakinlərinin verdiyi məlumata görə, Salman Həmidov uzun müddətdir ki, ailəsi ilə birgə Ukraynada yaşayır. Onun iş adamı olduğu bildirilir.

Qeyd edək ki, iyulun 13-də Ukraynanın Donetsk şəhərində Zərdab rayonunun Məmmədqasımlı kənd sakini Abdullayev Kamal Abdulla oğlu qətlə yetirilib. 1962-ci il təvəllüdlü Kamal Abdullayevin başı kəsilib. Onun meyiti bu günlərdə doğulduğu kəndə gətiriləcək. Kamal Abdullayevin də uzun müddətdir Ukraynada yaşadığı açıqlanıb.

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır