Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: Kanadanın Kebk vilayətində bir keşiş 13 məktəbliyə qarşı təcavüz və cinsi baxımdan su-istifadə etməkdə təqsirkar bilinib.
Məlumatına görə, APTN bu haqda yaydığı məlumatda bildirib ki, 71 yaşlı Ro-Rimond Mari Lavoy 1978-ci ildə Kanadanın Kebk vilayətində, Sent-Alfons dini mədrəsəsinin 13 şagirdinə təcavüz etməkdə ittiham olunur.
O, dünən haqqında açılmış cinayət işi ilə bağlı təşkil olunan ilk məhkəmə iclasında yolunu azdığını və qanunlara qarşı gəldiyini etiraf edib.
Məhkəmə hakiminin dediyinə görə, bu keşiş üçün nəzərdə tutulacaq cəza tədbiri maksimum 10 il müddətinə azadlıqdan məhrumetmə olacaq.
Növbəti məhkəmə iclası oktyabr ayında keçiriləcək.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır