11 iyul 2011 - 19:30

Ölən və yaralananlar var

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: ABŞ-ın Pakistanın qəbilə məntəqələrinə raket hücumlarında 35 nəfər həlak olub.

Almaniya Xəbər Agentliyinin məlumatına görə, adının gizli saxlanılmasını istəyən Pakistanın bir təhlükəsizlik rəsmisi deyib: ABŞ-ın dünən axşam Data Xil mənqətəsinə olan 2 raket hücumunda 5 nəfər həyatını itirib.

Xəbər mənbələri bunun ardınca ABŞ ordusunun həmin məntəqəyə daha 8 raket buraxdıqlarını və nəticədə 20 nəfərin həlak olduğunu bildiriblər. Hücum zamanı onlarla nəfərin də yaralandığı bildirilir.

ABŞ-ın raket hücumları zamanı çoxlu sayda yaşayış binasının dağıldığı da bildirilir.

Tibb mənbələri yaralıların bəzilərinin vəziyyətinin ağır olduğunu qeyd ediblər.

ABŞ ordusu həmçinin bu gün səhər Pakistanın Cənubi Vəzirstan vilayətini daha 2 raket ilə hədəfə alıb. Hücum nəticəsində raketlərdən birinin hədəfinə çevrilən bir sərnişin maşınında olan 6 nəfər həyatını itirib.

ABŞ-ın Pakistanın sərhəd məntəqələrinə raket hücumları, iki ölkə arasındakı münasibətlərdə bununla bağlı yaşanan gərginliyə rəğmən davam edir.

ABŞ-ın Pakistanın qəbilə sakinli məntəqələrinə olan raket hücumları eyni zamanda Pakistan xalqı və rəsmilərinin qəzəbinə səbəb olub və dəfələrlə etiraz aksiyaları keçirilərək, Vaşinqtonun təcavüzkarlıq siyasətləri pislənilib.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır