10 iyul 2011 - 19:30

Profossor İrji Halkr: Göbəkdə aşkarlanmış bakteriya ştammlarını DNT səviyyəsində tədqiq etmək niyyətimiz var.

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: Orada 1400 bakteriya var.

"New Scientist" bildirir ki, ABŞ-ın Şimali Karolina Universitetinin alimlərinin fikrincə, insan vücudunda ən çirkli yer göbəkdir. Onlar orta statistik insanın göbəyində 662 mikrob və bakteriya ştammının olduğunu deyirlər.

Epidemioloq Piter Aldhausun dediyinə görə, əslində araşdırmalar insanın göbəyində 1400 növdə bakteriya ştammlarını aşkarlayıb.

"Lakin həmin bakteriyaların əksəriyyəti orqanizm üçün təhlükəsizdir və dəri toxumalarında yaşayırlar. Göğəkdəki bakteriyalar hətta ən təmizkar insanda belə, çox olur", - Aldhaus deyib.

İnsan göbəyindəki bakteriya ştammları arasında çox qəribələri də var. Məsələn, "Marimonas" adlı bakteriya ştammının əsas məskəni okeanlardır. "Georgenia" ştammı isə dağ zirvələrindəki torpaqlarda olur.

Profossor İrji Halkr isə bildirib ki, göbəkdə aşkarlanmış bakteriya ştammlarını DNT səviyyəsində tədqiq etmək niyyətləri var.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır