6 iyul 2011 - 19:30

İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei: “İslam İnqilabının irəliyə doğru təkamül hərəkatını davam etdirmək üçün mühüm və zəruri olan məqamlardan biri cəmiyyətə ixtilaf, səs-küy, mübahisə atmosferi aşılamaqdan, bu kimi halları körükləməkdən çəkinməkdir. Bütün strukturlar, ideoloji və siyasi cərəyanlar vəhdətin qorunmasında əməli surətdə maraqlı olmalıdır”.

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei İslam İnqilabı Keşikçiləri Korpusunun (Sepahın) komandanları və Vəli-fəqihin Korpus üzrə Nümayəndəliyinin rəsmiləri ilə bugünkü görüşündə qeyd etdi ki, İslam İnqilabının həqiqi keşikçisi olmaq İslam dövlətinin müəyyən edilmiş uca amallara doğru mütərəqqi, sürətli, optimist və inqilabi hərəkatını qorumaqdır. Ali Məqamlı Rəhbər vurğuladı: “İslam İnqilabının irəliyə doğru təkamül hərəkatını davam etdirmək üçün mühüm və zəruri olan məqamlardan biri cəmiyyətə ixtilaf, səs-küy, mübahisə atmosferi aşılamaqdan,  bu kimi halları körükləməkdən çəkinməkdir. Bütün strukturlar, ideoloji və siyasi cərəyanlar vəhdətin qorunmasında əməli surətdə maraqlı olmalıdır”.

Şəban ayının 3-ü – İslam dininin keşikçisi Həzrət Seyidüş-şühəda Hüseynin (ə) əzəmətli doğum günü və bu münasibətlə ölkədə qeyd olunan İnqilab keşikçiləri günü ərəfəsində baş tutan görüş zamanı Həzrət Ayətullah Xamenei iştirakçıları şəban günləri, özəlliklə də 3 şəbanla əlaqədar təbrik edərək qeyd etdi ki, Həzrət İmam Hüseynin (ə) doğum gününün Keşikçilər günü kimi bayram edilməsi dərin məna daşıyan, istiqamətləndirici bir təşəbbüsdür. Ali Məqamlı Rəhbər əlavə etdi: “İslamın keşiyində durmağın həqiqi mənası – özünün bütün aspektləri ilə – Həzrət Əba-Əbdillahın (ə) 10 illik imaməti dövründə gerçəkləşdi. Buna görə də o həzrətin imamət dövründəki rəftar və davranışları ilə tanış olmağımız İslamın keşiyində durmağın əsl prinsip və meyarlarını müəyyənləşdirməyimizə imkan verir”.

Həzrət Seyidüş-şühədanın (ə) 10 illik imamət dövrünü geniş surətdə açıqlayan Ali Məqamlı Rəhbər həzrətin davranışlarının ana xəttini təşkil edən ən mühüm məqamlara toxundu, o cümlədən imamın insanlara zəruri xəbərdarlıqlar etməsi, təbliğat aparması, elitanı təmsil edən şəxsləri mövcud vəziyyət haqqında məlumatlandırması, bununla da onları mənəvi-psixoloji cəhətdən hazırlaması, dövrün son dərəcə təhlükəli, yanlış tendensiyasına qarşı həyatı bahasına mübarizə aparıb mücahidə nümayiş etdirməsi, daim İslamın göstərişlərinə uyğun davranması haqda danışdı. O dedi: “İmam Hüseynin (ə) çoxaspektli hərəkatı və fədakarlığı, xüsusilə də həzrətin ailəsinin üzləşdiyi faciə bu hərəkatın tarixdə qalmasına, İslamı və dəyərləri qoruyub saxlamasına səbəb olub”.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır