2 avqust 2011 - 19:30

30-35 yaşlı kişinin şəxsiyyəti bəlli deyil.

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: Xəzər rayonu Buzovna qəsəbəsi ərazisində naməlum kişi meyiti tapılıb. Meyiti qəsəbə sakinləri aşkar ediblər. Təqribən 30-35 yaşlarında olan naməlum kişi meyiti qəsəbədəki “köhnə dairə” adlanan ərazidən tapılıb.

Xəzər rayonu 2-ci Polis Bölməsinin nöbətçi hissəsindən ANS PRESS-ə verilən məlumata görə, meyit saat 10:00 radələrində tapılıb və sakinlərin məlumatına əsasən polis əməkdaşları hadisə yerinə gedib. Meyit tibbi ekspertiza üçün morqa göndərilib. Onun şəxsiyyəti hələ müəyyənləşdirilməyib.

Faktla bağlı Respublika Prokrorluğunda araşdırma aparılır.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır