1 avqust 2011 - 19:30

Qəzzafi: «Qərar versək, Avropaya çəyirtkə, arı dəstəsi kimi şığıyacağıq. Nə qədər ki faciə ilə üzləşməmisiniz, ölkəmizdən rədd olun!»

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: Liviya oliqarxı Müəmmar Qəzzafi İşğalçı NATO-nun ona qarşı əməliyyatları dayandırmayacağı təqdirdə, Avropa ərazisinə hücumlara başlaya biləcəklərini açıqlayıb.

«Associated Press»in verdiyi məlumata görə, Qəzzafi tərəfdarlarına audiomüraciətində deyib: «Liviyalılar günlərin birində Avropanı döyüş meydanına çevirməyə qadirdir. Biz də sizinlə sizin bizimlə davrandığınız kimi davranacağıq. Qərar versək, Avropaya çəyirtkə, arı dəstəsi kimi şığıyacağıq. Nə qədər ki faciə ilə üzləşməmisiniz, ölkəmizdən rədd olun!»

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır