28 iyul 2011 - 19:30

Hətta kəllə-beyin travması olsa belə...

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: "Rehabilitation Psychology" bildirir ki, dindar adamlar kəllə-beyin travmalarından sonra daha tez sağalırlar.

ABŞ-ın Miçiqan Universitetinin nəzdindəki Ueyn Tibb Məktəbinin alimləri 85 nəfərin cəlb edildiyi müşahidə-araşdırma aparıblar. Onların hesabatında bildirilir ki, hamısı kəllə-beyin travması ilə xəstəxanalara yerləşdirilmiş həmin adamlar arasında mömin və dindar olanların müalicə, habelə sağalma prosesi daha sürətli olub.

"Bu insanlar indi həyatlarından razıdırlar və aldıqları travma onların davranışı, psixologiyası ilə emosional durumlarına daha az təsir edib. Araşdırmaya cəlb edilmiş insanların gəlir səviyyəsi və ya etnik mənsubiyyətləri kimi amilləri də nəzərə alsaq, həmin nüansların sağalma prosesinə dindarlıq təki ciddi təsir etmədiyinin şahidi olduq. Yəni söhbət hansısa təsadüfdən getmir", - hesabatda deyilir.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır