22 iyul 2011 - 19:30

Konfransa dünyanın 80-dən çox ölkəsindən dövlət və hökumət nümayəndələri - prezidentlər, baş nazirlər, nazirlər və terrorizmə qarşı mübarizə üzrə ekspertlər qatılacaq.

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: İyunun 25-26-da Tehranda keçiriləcək, terrorizmlə mübarizəyə həsr olunan beynəlxalq konfransda Azərbaycandan milli təhlükəsizlik naziri Eldar Mahmudov iştirak edəcək. “Media forum” saytı bildirir ki, bu barədə məlumatı İranın “İrna” agentliyi yayıb.

Konfransa dünyanın 80-dən çox ölkəsindən dövlət və hökumət nümayəndələri - prezidentlər, baş nazirlər, nazirlər və terrorizmə qarşı mübarizə üzrə ekspertlər qatılacaq.

Beynəlxalq konfransa İran prezidenti Mahmud Əhmədinejad sədrlik edəcək.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır