Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: Bakının Sabunçu rayonunda intihar hadisəsi baş verib. Rayon Prokurorluğundan verilən məlumata görə, Bilgəh qəsəbəsi, Zəfəran sovxozunda yaşayan Lerik sakini 41 yaşlı Nəsibə Bayramova özünü öldürüb. O, özünü yaşadığı evin hamamında iplə asıb.
Mərhumun meyiti iyunun 16-da saat 13:00 radələrində asılmış vəziyyətdə aşkarlanıb.
Qadının özünə qəsd etməsinin səbəbləri hələlik məlum deyil. Meyit müayinə olunması üçün ekspertizaya göndərilib.
Faktla bağlı Cinayət Məcəlləsinin özünü öldürmə həddinə çatdırma (125-ci) maddəsi ilə cinayət işi başlanıb.