15 iyul 2011 - 19:30

Qrup üzvlərinin ayda təxminən 400 oğurluq etdiyi üzə çıxıb.

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: Çin polisi 46 qadından ibarət cinayətkar qrupun üzvlərini həbs edib.

Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, onlar oğurluqda ittiham olunur. Qrup üzvü olan 46 qadının hamısı hamilədir. 20-40 yaş arasında olan qadınlar hamiləliyin «işlərini görərkən» onlara kömək etdiyini söyləyiblər: belə qadınlara qarşı şübhə daha az olur. Qruplaşmanın ən qocaman üzvlərindən biri «işdən qalmamaq üçün» artıq 8-ci hamiləliyini yaşayırmış...

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır