12 iyul 2011 - 19:30

Faktla bağlı araşdırma aparılır.

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: Bakının Binəqədi rayonunda psixotrop maddə qəbul edən gənc ölüb.

Rayon Polis İdarəsindən verilən məlumata görə, iyunun 11-də Binəqədi rayon sakini 25 yaşlı Rüfət Сavadov zəhərlənmə ilə 1 saylı şəhər xəstəxanasına gətirilib. Həkimlərin müdaxiləsinə baxmayaraq, orada ölüb.

Xəstəxananın toksikologiya şöbəsindən verilən məlumata görə, R.Cavadov xəstəxanaya gətirilərkən ölümcül vəziyyətdə olub. O, spirtli içki və psixotrop maddə qəbuil edibmiş. Xəstəxanaya gətiriləndən cəmi 1 saat sonra keçinib.

Faktla bağlı araşdırma aparılır.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır