Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: Muammər Qəzzafinin paytaxt Tripolidəki qərargahı Bab Əl-Əziziyədə güclü partlayış baş verib. "Reuters"in verdiyi xəbərə görə, paytaxtın mərkəzində yerləşən saraydan havaya tüstü qalxır. Qeyd edək ki, son günlər İşğalçı NATO qüvvələri paytaxt Tripoliyə istiqamətli hava əməliyyatlarını intensivləşdirib. Bab Əl-Əziziyə isə bir neçə dəfə bombardmana məruz qalıb.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır