Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: Bakının Qaradağ rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Rayon Polis İdarəsindən verilən məlumata görə, Sabirabad rayon sakini Mirnatiq Ağayev idarə etdiyi “VAZ-21063” markalı avtomobillə Tovuz rayon sakini İlham İsmayılzadəni vurub.
Qəzada ciddi bədən xəsarəti almış İ.İsmayılzadə xəstəxanaya yerləşdirilsə də, həyatını xilas etmək mümkün olmayıb.
Faktla əlaqədar cinayət işi başlanıb, istintaq aparılır.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır