Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: Suriyadakı Ərəb Sosialist Dirçəlişi Partiyasının (BƏƏS) ABŞ-a pənahəndə olmuş banilərindən biri Şəbli Aysəmi Livanın paytaxtı Beyrutun cənubunda itkin düşüb.
Aysəmi və arvadı Vaşinqtondan Beyruta istirahətə gəlmişdilər. 86 yaşlı Aysəmi dağdakı evinin yanında gəzişərkən yoxa çıxıb.
1962-1966-cı illərdə Suriyadakı bir neçə nazirliyə başçılıq etmiş Aysəmi 1992-ci ildə ABŞ-a qaçaraq sığınacaq almışdır.
BƏƏS partiyası 1946-cı ildə Dəməşqdə yaradılıb.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır