26 may 2011 - 19:30

Kütləvi aksiya iyunun 19-da "Nərimanov" kinoteatrının qarşısında olacaq

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: Bu gün saat 15 radələrində Müsavat Partiyasının qərargahında İctimai Palatanın növbəti sessiyası öz işinə başlayıb. Toplantı başlanmazdan öncə qərargahın elektrik enerjisi kəsilsə də, son anda binaya işıq verilib. İctimai Palatanın növbəti sessiyasının bundan əvvəlkilərlə müqayisədə daha qələbəlik olub.

Yazıçı-publisist Mehriban Vəzirin sədrliyi ilə keçirilən sessiyada İctimai Palataya 16 yeni üzv qəbul olunub, 28 May - Respublika Günü ilə bağlı xalqa təbrik məktubu ünvanlanıb. Daha sonra ölkədəki ictima-siyasi duruma dair çıxışlar başlanıb.

Bundan əlavə İctimai Palatanın bu gün keçirilən sessiyasında mitinq keçirilməsi barədə qərar qəbul olunub. İctimai Palatanın sessiyasından verilən xəbərə görə, qurum iyun ayının 19-na "Nərimanov" kinoteatrının qarşısına mitinq təyin edib. Aksiyanın keçirilməsi ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətinə müraciət olunacaq.

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır