25 may 2011 - 19:30

ABŞ öz hərbi hissələrinin böyük bir hissəsini, o cümlədən yerli ordunu çalışdıran hərbi təlimçilərini Pakistan ərazisindən çıxaracaq

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: ABŞ öz hərbi hissələrinin böyük bir hissəsini, o cümlədən yerli ordunu çalışdıran hərbi təlimçilərini Pakistan ərazisindən çıxaracaq,

“RBK” xəbər verir: Bu barədə ABŞ Müdafiə Nazirliyi məlumat yayıb. Məlumata görə, bu addım rəsmi İslamabadın tələbi ilə atılır.

Qeyd edək ki, Amerika hərbçilərinin Pakistan ərazisində razılaşdırılmamış şəkildə əməliyyatlar keçirməsi səbəbindən iki ölkə arasında münasibətlər kəskin pisləşib.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır