20 may 2011 - 19:30

İşğalçı NATO-ya birinci müqavimət Pakistanın şimalındakı Landikotol aşırımında baş verib.

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: Pakistanda işğalçı NATO avtomobillərinə edilmiş iki hücumu nəticəsində 10 avtosistern yandırılıb, ən azı 16 nəfər həlak olub.

İşğalçı NATO-ya birinci müqavimət Pakistanın şimalındakı Landikotol aşırımında baş verib. Əfqanıstandakı işğalçı NATO qüvvələrinə yanacaq aparan avtosisternlərdən birində məsafədən idarə olunan partlayıcı qurğu işə salınıb. Güclü partlayış nəticəsində 6 nəfər həlak olub, daha 10 nəfər isə aldığı xəsarət və yanıqlardan çatdırıldığı xəstəxanada ölüb.

Bundan bir neçə dəqiqə sonra isə Torxam sərhəd postu yaxınlığında yolun kənarında dayanmış daha bir avtosistern partladılıb. Bu partlayış nəticəsində xəsarətə alan olmasa da, baş vermiş yanğın daha 3 avtosisterni məhv edib.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır