17 may 2011 - 19:30

Zərərçəkmiş deyib ki, zərbələrdən huşunu itirib. Vəziyyətinin ağırlığını görən polislər onu xəstəxanaya aparıblar. Xəstəxanada müayinədən keçirilib. Sol ayağı qırıldığı üçün gipsə salınıb. Həkimin təqdim etdiyi sənədləri polislər götürüb, sonra onu evlərinə gətiriblər.

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: İki polis vətəndaşın qolunu qandallayaraq özündən gedənə qədər döyüblər

Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu məlumat yayıb. Məlumatda deyilir: “Mayın 13-də Naxçıvanın 1 saylı polis bölməsinin əməkdaşları şəhər sakini Vilayət Əsədovu bölməyə gətiriblər.  Polislər onun qolunu qandallayaraq özündən gedənə qədər döyüblər. Nəticədə vətəndaş ciddi bədən  xəsarətləri alıb - sol ayağı qırılıb, ayaqlarının damarları partlayıb.

RATİ-nin Naxçıvandakı müxbirləri zərərçəkmişin evində olublar. Vilayət Əsədov jurnalistlərə olayı belə nəql edib: “Axşam saatlarında taksinin arxasına 5 yeşik araq qoymuşdum. Biri zabit olmaqla 3 polis nəfəri mənə yaxınlaşdı. Onlar maşında nə olduğunu soruşdular. Bildirdim ki, araqdır, Şərura - qardaşıma göndərəcəyəm. Qanunsuz olduğunu bildirib sənəd istədilər. Sonra pul söhbəti oldu. Qolumu buraraq arxada qandalladılar və 1 saylı bölməyə gətirdilər. Zabitin mənimlə işi olmasa da, iki sıravi polis məni vəhşicəsinə döydü”.

Zərərçəkmiş deyib ki, zərbələrdən huşunu itirib. Vəziyyətinin ağırlığını görən polislər onu xəstəxanaya aparıblar. Xəstəxanada müayinədən keçirilib. Sol ayağı qırıldığı üçün gipsə salınıb. Həkimin təqdim etdiyi sənədləri polislər götürüb, sonra onu evlərinə gətiriblər.

RATİ-nin müxbirləri məsələyə münasibət öyrənmək üçün polis bölməsində olsalar da heç bir şərh ala bilməyiblər.

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır