Əhli Beyt ABNA xəbər agentliyinin verdiyi xəbərə əsasən: Moldova pravoslav kilsəsinin yepiskopu ölkədə İslam Liqasına rəsmi status verilməsinin əleyhinə çıxış edib.
Yepiskop Faşizm Üzərində Qələbə Gününə həsr olunmuş mərasimdə tədbir iştirakçılarını ölkənin müsəlmanlaşdırılmasının əleyhinə etiraz aksiyası keçirməyə çağırıb.
Yepiskop dindarlardan buna laqeyd qalmamağı xahiş edərək deyib: “Ona görə ki, sabah, o biri gün artıq gec olacaq”.
“Uniunea Speranta” İctimai Birliyi mayın 18-də Moldovada islamlaşma əleyhinə tədbir keçirməyə qərar verib.
İslam Liqasının rəhbəri Sergey Sokirk isə yepiskopun çıxışının Moldova Respublikasının qanunvericiliyinə zidd olduğunu vurğulayıb: “Biz demokratik prinsiplərin mövcud olduğu hüquqi dövlətdə yaşayırıq. Onlar cəmiyyət qarşısında bu cür çıxışlar etməzdən əvvəl qanunla tanış olmalıdırlar”.
Bu ilin yazında rəsmi status alan İslam Liqası Moldovada ilk müsəlman təşkilatıdır.
Yepiskopdan əvvəl də İslam Liqasının rəsmi status almasına etiraz edənlər olub.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır