5 may 2011 - 19:30

Azər Rəşidoğlu: "İnanclılara qarşı zorakılıq edilməsi - rüsvayçı bir haldır"

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: Mayın 6-da Təhsil Nazirliyinin qarşısında orta məktəblərdə hicabın qadağan edilməsinə qarşı dinc aksiya keçirilmişdir. Aksiyaçılar hicabın qadağasına qarşı şüarlar səsləndirmişlər. Aksiyanın dinc xarakterli olmasına baxmayaraq, polis onlara qarşı zorakılıq etmiş, çoxlu sayda insanı həbs etmişdir. Böyük sayda insana qarşı qeyri-insani rəftar tətbiq edilmiş, zorakılıq göstərilmişdir.

Politoloq Azər Rəşidoğlu baş verənlərlə əlaqədar "Deyerler.org"a danışıb: "Bu, rüsvayçı bir haldır. Mən bunu insan haqlarının və sərbəst toplaşma azadlıqlarının kobudcasına pozulması kimi dəyərləndirirəm. Burada hansısa yalançı, süni ajiotajın yaradılması, hansısa xarici qüvvələrin təhriki ilə insanların hüquqlarını tələb etməsini söyləmək - absurddur. İnsanar Konstitusiyada olan hüquqlarını və Allahın Kitabında olan hüquqlarını qorumaq istəyirlər və buna görə aksiya keçiriblər. Bu aksiyaya çox hörmətlə yanaşılmalıdır və problemin həlli istiqamətində işlər görməlidir.

Son zamanlar hicab problemi meydana gəlib. Görünür məmurlardan kimlərsə ölkədəki sabitliyi pozmaqda maraqlıdır. Bu, Azərbaycana başucalığı gətirmir, eyni zamanda vətəndaş qarşıdurmasını daha da gücləndirə bilər ".

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır