Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: AZADxeber.az saytının xüsusi müxbiri Pərvin Zeynalovun bildirib ki, təhsil nazirliyinin qarşısındaki etiraz aksiyasında iştirak edən ilahiyyatçı Hacı Tale Bağırov həbs edilib.
Məlumatı dəqiqləşdirmək üçün, islam-azeri.az saytı Hacı Taleh Bağırovun şəxsən özü ilə əlaqə saxlayıb.
Məlumatı təsdiqləyən Tale Bağırov hal-hazırda post patrol maşını ilə onu polis bölməsinə apardıqlarını bildirib.
Həbs edilən ilahiyyatçı bu yolda "CANIMIZI BELƏ VERƏCƏYİK" deyərək, aksiyanın baş tutduğunu bildirib.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır