18 aprel 2011 - 19:30

Keçmiş Sovetlər Birliyi ölkələrindən olan Moldovada İslam dini rəsmi olaraq tanınıb

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: Keçmiş Sovetlər Birliyi ölkələrindən olan Moldovada İslam dini rəsmi din kimi tanınıb. Bundan sonra Moldovada müsəlmanlar ibadətlərini sərbəst şəkildə yerinə yetirəcək. Ölkədə ilk dəfə olaraq İslam dininə rəsmi status da verilib.

Qeyd edək ki, Moldovada İslam dininin rəsmi din olaraq tanınması, Kişinyovdakı Respublika sarayında keçirilən rəsmi mərasimdə elan olunub. Mərasimdə siyasətçilər və bürokratlar, Avropa Parlamentinin deputatları, səfirlər, diplomatlar, ölkələrin diaspora nümayəndələri iştirak edib. Yeni qərar sayəsində müsəlmanların ibadət azadlığı rəsmi olaraq tanınıb.

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır