Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: Aprelin 17-də mitinq keçirməyə cəhd edərkən saxlanılmış şəxslərdən daha altı nəfər məhkəmə qərarı ilə inzibati qaydada həbs edilib. İctimai Palatadan verilən məlumata görə, Azər İsmayıl 10, Köçəri Nağıbəyli 7, Fəxrəddin Abbas 7, Xəyal Rüstəmov 6, Rüfət Hacıbəyli 5, Sahib Rüstəmli 5 sutka həbs cəzası alıb. Saxlanan şəxslərdən Hüseyn Məlik 100 manat, Nazim Əliyev 50 manat, Əfqan Muxtarlı 50 manat, Ramin Bədəlov 50 manat, Altay Kazımsoy 50 manat cərimə olunaraq sərbəst buraxılıblar. İctimai Palatanın Koordinasiya Şurasının üzvü Pənah Hüseyn xəbərdarlıq edilərək sərbəst buraxılıb. Pənah Hüseynlə yanaşı Afət Hüseynov, Kəmalə Xəlilova, Rauf Məmmədov, Zöhrab Həsənov, Tariyel Şükürlü, Rövşən Allahverdiyevə də xəbərdarlıq edilib və adı çəkilən şəxslər sərbəst buraxılıblar. İbrahim Əhmədzadə, Bəxtiyar Tağıyev, İbrahim Hacıbəyli, Gözəl Bayramlı və Elman Türkoğlunun işi hazırda məhkəmədədir.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır