24 avqust 2026 - 12:00
“İsrail Hayom”: Qəzzadan buraxılan çərpələnglər İsraildə havadan gələn təhdidlərin geri qayıtması ilə bağlı narahatlıq yaradıb

Yerli təhlükəsizlik rəsmiləri çərpələnglərin daha mürəkkəb və təhlükəli pilotsuz uçuş vasitələrinin sınağına çevrilə biləcəyindən narahat olduqlarını bildiriblər. Onların sözlərinə görə, hətta partlayıcı maddə daşıyan bir pilotsuz uçuş aparatının sıx məskunlaşmış əraziyə daxil olması ciddi psixoloji və təhlükəsizlik nəticələri doğura bilər.

Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: İşğalçı İsrail rejiminin “İsrail Hayom” qəzeti Qəzza zolağı ilə sərhəddə yerləşən ərazilərdə bir neçə çərpələngin müşahidə olunmasının yerli və təhlükəsizlik rəsmilərində narahatlıq yaratdığını yazıb.

Qəzetin məlumatına görə, şənbə günü səhər saatlarında Qəzza zolağı ətrafında bir neçə çərpələng müşahidə olunub. Bu isə yerli hakimiyyət orqanlarında İsrailin 7 oktyabr hadisələrindən əvvəl həyata keçirdiyi “mühasirə siyasəti” dövrünə xas təhlükələrin yenidən meydana çıxması ilə bağlı narahatlıq yaradıb.

Şa’ar HaNegev, Eşkol və Nahal Oz bölgələrinin rəsmiləri İsrail ordusundan belə hallara qarşı tədbir görülməsini istəyiblər. Onlar HƏMAS-ın İsrailin reaksiyasını yoxlamaq məqsədilə bu üsuldan istifadə edə biləcəyi barədə xəbərdarlıq ediblər.

Şa’ar HaNegev Regional Şurasının rəhbəri Uri Afshtayn bildirib ki, bölgədə uzunluğu bir neçə kilometr olan iplərlə bağlanmış ən azı dörd çərpələng müşahidə edilib.

O, bu cür halların uçuş zamanı müəyyənləşdirilərək qarşısının alınmasını istəyib və sərhədi keçən hər bir çərpələngin təhlükəsizlik baxımından ciddi hadisə kimi qiymətləndirilməli olduğunu söyləyib.

Yerli təhlükəsizlik rəsmiləri isə çərpələnglərin daha mürəkkəb və təhlükəli pilotsuz uçuş vasitələrinin sınağına çevrilə biləcəyindən narahat olduqlarını bildiriblər. Onların sözlərinə görə, hətta partlayıcı maddə daşıyan bir pilotsuz uçuş aparatının sıx məskunlaşmış əraziyə daxil olması ciddi psixoloji və təhlükəsizlik nəticələri doğura bilər.

Rəsmilər İsrailin müşahidə kameraları və digər müdafiə sistemlərinə böyük investisiyalar yatırmasına baxmayaraq, havadan gələn təhdidlərin aşkarlanması sahəsində müəyyən çatışmazlıqların qaldığını qeyd ediblər.

“İsrail Hayom” çərpələng və yandırıcı balonlardan əvvəllər də istifadə edildiyini xatırladaraq yazıb ki, yerli rəsmilər oxşar ssenarinin yenidən təkrarlanmasından ehtiyat edirlər.

Qəzetin məlumatına görə, əvvəlcə çərpələnglə başlayan bu fəaliyyət sonradan yandırıcı və partlayıcı balonların istifadəsinə qədər genişlənmişdi.

“Gəzza zolağı ətrafı üçün gələcək” təşkilatı da uçurtmaların mənşəyinin dərhal araşdırılmasını və bu cür hadisələrin normallaşmasına imkan verilməməsini tələb edib.

Təşkilatın fikrincə, təhlükəsizlik qurumları yalnız bu vasitələr sərhədi keçib yerə düşdükdən sonra deyil, təhlükə yarandığı anda onları aşkarlamaq və zərərsizləşdirmək imkanına malik olmalıdır.

Sizin rəyiniz

You are replying to: .
captcha