Əhli Beyt ABNA xəbər agentliyinin verdiyi xəbərə əsasən: Parisdə çap olunan “Le Parisien” qazeti yazır: Fransa dövlət nümayəndələri Rübəndə qoyulan qadağadan və bu yolda Parisdə hicablı müsəlman qadınları tutmaqlarından təkcə bir həftə sonra, yeni addımlar atmaqla Fransanın müxtəlif şəhərlərində Camaat Namazlarının qılınmasının qarşısını almaq niyyətindədirlər. Beləki Fransalı nazir Claude Jean bildirmişdir: “Dövlətimiz Camaat Namazlarının qılınmasının qarşısını almaq üçün hal azırda mühüm bir plan üzərində çalışır”.
Xatırladaq ki, adı çəkilən nazirin antiislam fikrləri heçdə Nikola Sarxozidən geri qalmır. O, dəfələrlə öz çıxışlarında müsəlmanları təhqir etmiş və İslam dininə qarşı meyillərin artmasından, müsəlmanların Fransada günügündən çoxalmasını Fransa üçün boyük bir əngəl hesab edərək bu işə öz narazılığını bildirmişdir.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır
