14 aprel 2011 - 19:30

RUSİYA MÜSƏLMANLARININ MƏRKƏZİ RUHANİLƏR İDARƏSİNİN BAŞ MÜFTİSİ ÖLKƏNİN GERBİNƏ İSLAM SİMVOLU ƏLAVƏ ETMƏK TƏKLİFİ VERDİ

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: Rusiya müsəlmanlarının Mərkəzi Ruhani İdarəsinin baş müftisi Talqat Tacuddin ölkənin gerbini dəyişməyi təklif edib. Baş müfti gerbə islam simvolu olan aypara əlavə etməyin zəruri olduğunu bildirib.

Talqat Tacuddinin təklifinə görə, gerbdəki qartalın başı üzərindəki xaçların birini aypara ilə əvəz etmək lazımdır. İdeya müəllifləri gerbin ən uca nöqtəsindəki xaça aypara əlavə olunmasını da istəyirlər: “Onda heç bir düşmən dini faktoru bizim vətənin vahidliyi və bütövlüyünün ziyanına istifadə edə bilməz”.

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır