Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: Təhlükəsizlik xidmətinin general-mayoru Məhəmməd əl-Katib bildirib ki, prezident övladları Qahirədə nəzarət altında saxlanır. Hüsnü Mübarək özü isə hazırda Şarm-əl-Şeyxdə beynəlxalq hospitaldadır. 82 yaşlı sabiq prezident yüksək qan təzyiqi və ürək ritminin pozğunluğu diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Misir Baş Prokurorluğunun əməkdaşları xəstəxanada onun ifadəsini alıblar, daha sonra sabiq dövlət başçısına oğlanları ilə telefon əlaqəsi yaratmaq imkanı verilib.
İki gün əvvəl keçid hökumətinin daxili işlər naziri Mansur əl-İsavi sabiq prezident və oğullarına məhkəməyə gəlmək barədə çağırış göndərildiyini deyib. Mübarək və övladları qanunsuz yolla sərvət əldə etməkdə, korrupsiyada günahlandırılır. Onların xarici banklardakı hesabları araşdırılır.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır.