Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: Hüsnü Mübarək bu ilin fevralında Misirdə başlayan inqilabdan sonra istefa verib. Qahirə məhkəməsi etiraz aksiyalarının iştirakçılarının güllələnməsi və büdcə vəsaitlərinin israfı ilə bağlı işi icraata götürüb.
Xatırladaq ki, bir sıra ölkələr Hüsnü Mübarəkin ailəsi və bəzi yaxınlarının bank hesablarını dondurublar. Onlar Misirin keçmiş siyasi elitasını korrupsiyada günahlandırırlar.
Hüsnü Mübarək istefa verdikdən sonra Şarm əl Şeyxdəki iqamətgahında yaşayır. Prokurorluq barələrindəki ittihamın araşdırılması sona çatanadək onun və ailəsinin ölkədən çıxmasına icazə vermir.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır.