9 aprel 2011 - 19:30

İran İslam Respublikası bu ölkə diplomatlarından üçünün Küveytdən çıxarılmasına reaksiya verib Məlumata əsasən üç küveytli diplomat persona non-qrata elan edilərək İrandan çıxarılıb .

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən:  Xatırladaq ki, Küveyt dövləti aprelin ikisində üç iranlı diplomatı casusluq ittihamı ilə çıxarmışdı .

Küveyt iddia edir ki, küveytli təhlükəsizlik zabitlərindən bir qrupu bu ölkədə yerləşən amerikan bazaları haqda informasiyaları guya İrana ötürürmüş . İran bu iddiaları rədd edir .

İranlı millət vəkili Hüseyn Nəqəvi bununla bağlı deyib : Baş verənlər Amerikanın provokasiyasıdır , müxalifəti susdurmaq üçün bu üsullara əl atırlar .

Küveyt bir neçə hərbi bazasını Amerikaya təhvil verib . Bu dövlət həmçinin İran-İraq müharibəsi dövründə Səddam rejiminə milyardlarla dollar yardım etmişdi.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır.