Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən:İngiltərənin "Daily Telegraph" qəzeti fransız nüvə mütəxəssislərinin bildirdiyinə görə, Çernobla oxşar bir nüvə faciəsinin qarşısını almaq üçün 48 saatdan az vaxt qalıb.
Stansiyadakı soyutma işləri isə sürətlə davam edir. Hərbi vertolyotlar yanacaq çubuqlarının əriyib radiasiya yaymasının qarşısını almaq üçün stansiyadakı reaktorlardan ikisinə tonlarla su boşaldılıb.
Bundan əlavə olaraq soyutma işlərində təzyiqli sudanda istifadə edilməsi planlanır. Stansiyanın ətrafındakı radiasiya səviyyəsinin həddindən artıq dərəcədə yüksək olmasına görə vertolyotların dövrəyə soxulmasından imtina edilmişdi.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır