10 mart 2011 - 20:30

Səudiyyə Ərəbistanının xarici işlər naziri Səud əl-Feysəl, "Qəzəb günü" ilə əlaqədar çıxış edərək nümayişçiləri təhdid edib

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən:  Səudiyyə Ərəbistanında kral rəhbərliyinin xəbərdarlığına baxmayaraq, ölkənin 200-ə qədər şiələrdən ibarət vətəndaşları aksiya keçirib. Ölkənin şərqində yerləşən Katif vilayətində toplanan sakinlər, "Azadlıq istəyirik" şüarları səsələndirib. Bu günü "Qəzəb günü" elan edən nümayişçilər, aksiya zamanı təhlüksizlik qüvvələri tərəfindən vəhşicəsinə döyülüb.

Qeyd edək ki, Səudiyyə Ərəbistanının xarici işlər naziri Səud əl-Feysəl, "Qəzəb günü" ilə əlaqədar çıxış edərək nümayişçiləri təhdid edib. Xalqı hədələyən xarici işlər naziri Səud əl-Feysəl, ölkənin islah olunması üçün ən yaxşı yolun dialoq olduğunu bildirib. O, nümayişlərin heç bir halda yol verilməz olduğunu qeyd edib. Məkkə şəhərində təşkil olunmuş konfransda çıxış edən Səud əl-Feysəl,  ölkəsinə yönələcək hər bir nümayişin qarşısını alacaqlarını söyləyib.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır