8 mart 2011 - 20:30

Bu barədə vəkil Elçin Namazov məlumat verib. Sabah qanunsuz həbs edilmiş Quran hafizi, nüfuzlu ruhani Hacı Zülfüqar Mikayılovun məhkəmə prosesi keçiriləcək. Nəsimi Rayon Məhkəməsində Zülfüqar Mikayılovun 3 aylıq həbs qəti-imkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması barədə məhkəmə olacaq.

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən:  Vəkilin sözlərinə görə məhkəmə prosesi sabah saat 14:30-da baş tutacaq. "Nəsimi Rayon Məhkəməsinə Hacı Zülfüqar Mikayılov barəsində seçilmiş həbs qəti-imkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması barədə vəsatət vermişəm. Bu məsələyə sabah baxılacaq. Ümid edirəm ki, məhkəmə bizim vəsatətimizə müsbət cavab verəcək”-deyə vəkil Elçin Namazov bildirib.

Xatırladaq  ki, hacı Zülfüqar Mikayılov ictimaiyyət arasında nüfuzu olan şəxsdir və onu daha çox Quran hafizi kimi tanıyırlar.

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır