Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: Mart ayının 11-i, 12-i və başqa günlərində keçirilməsi gözlənən aksiya və nümayişlər, həm qonşu ölkələrimiz, həm də dünya ölkələrində maraqla izlənilir. Məlumata görə, bir neçə gündən sonra ölkədə keçiriləcək ardıcıl aksiyaları lentə almaq üçün məşhur "Əl-Cəzirə" kanalının xüsusi heyəti də Azərbaycana gəlib.
Qeyd edək ki, "Əl-Cəzirə" müxbirlərinin sayları və adları barədə məlumat verilməsə də, paytaxta gəlmələri baş verəcək mitinqlərlə əlaqədar olduğu şübhəsizdir.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır