3 mart 2011 - 20:30

Pakistanın şimal-qərbində bir məscid yaxınında təşkil edilən bombalı hücumda 9 nəfər dünyasını dəyişib. Hadisə nəticəsində 9 nəfər ölüb, 28 nəfər isə yaralanıb

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: Hadisə ölkənin Novşera şəhərindəki məsciddə baş verib. Cümə namazı əsnasında təşkil edilən hücumda biri uşaq olmaqla 9 nəfər ölüb, 28-i isə yaralanıb.

Əlaqədar orqanlar hücumun cümə namazı əsnasında təşkil edilməsi səbəbiylə ölü sayının artmasından narahatdır.

Hələ ki, terror aktını heç kəs boynuna götürməyib

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır