Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: Bu gün Misir xalqı “Ət-təhrir” meydanına toplaşaraq Mübarək rejiminin qalıntılarından olan Əhməd Şəfiqin, ordu tərəfindən yenidən hakimiyyətə gətirilərək baş nazir vəzifəsinə təyin olunmasına öz etirazlarını bildiriblər. Qabaqcadan ordunun bu aksiya ilə bağlı xalqı hədələməsinə baxmayaraq, yüzminlərlə insan bu hədələrə məhəl qoymadan Mübarək rejiminin tör-töküntülərini yığışdırılmasını tələb ediblər
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır