Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: Yerli sakinlərin bildirdiyinə görə, İsrail təyyarələri Xan Yunusun qərbində yerləşən bəzi əkin sahələrini raketlərlə bombardıman edib. Bundan əlavə Qəzzanın Zeytun və Tel əl-Hava məhəllərinə də hücumların təşkil edildiyi bildirilir. Hücum zamanı ölən və yaralananlar olmayıb.
Dünən gecə İsrail ordusu ilə İslami Cihad təşkilatının əsgərləri arasında baş verən qarşıdurma nəticəsində 3 fələstinli yaralanıb. Yaralılardan birinin dünən gecə öldüyü bildirlir.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır.