15 fevral 2011 - 20:30

Azərbaycanda şəxsiyyət vəsiqələrinin verilməsi, dəyişdirilməsi və əcnəbilərin qeydiyyata alınması haqqında vəsiqələrin verilməsi rüsumları açıqlanıb.

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: Azərbaycanda şəxsiyyət vəsiqələrinin verilməsi, dəyişdirilməsi və ölkəyə gələn əcnəbilərin qeydiyyata alınması haqqında vəsiqələrin verilməsi üçün ödəniləcək rüsumları açıqlanıb.

bu barədə məlumat BŞBPİ-nin internet səhifəsində yerləşdirilib.

Məlumatda bildirilir ki, 16 yaşına çatmış Azərbaycan vətəndaşına şəxsiyyət vəsiqələrinin verilməsinə görə rüsumlar zaman müddətindən asılıdır. Belə ki, şəxsiyyət vəsiqəsi vətəndaşa üç iş günü müddətində verildikdə 5 manat, üç iş günündən sonrakı müddətdə verildikdə isə 1 manat tələb olunur.

Azərbaycan Respublikasının vətəndaşları 25, 35, 50 yaşına çatdıqda, həmçinin onların soyadı, adı, atasının adı, yaşayış yeri, ailə vəziyyəti və hərbi vəzifəsi dəyişdikdə şəxsiyyət vəsiqəsinin dəyişdirilməsinə görə 2 manat, şəxsiyyət vəsiqəsi vətəndaşın öz təqsiri üzündən itdikdə və ya yararsız hala düşdükdə isə onun dəyişdirilməsinə görə 3 manat ödənilməlidir.

Azərbaycan Respublikasında 30 gündən artıq yaşamaq istəyən əcnəbinin qeydiyyata alınması haqqında vəsiqənin verilməsinə görə isə hər bir əcnəbi 10 manat rüsum ödəməlidir

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır