Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: Gəncə şəhərində həbs olunan ruhani Azər Cəbiyevlə polislər arasında 12 fevrala təyin olunmuş uzləşmə baş tutmayıb.
Bu barədə Hacı Azər Cəbiyevin vəkili Elçin Namazov məlumat verib. Vəkil bildirib ki, polislər üzləşməyə gəlməkdən imtina edib: "Azər Cəbiyəv Nizami Rayon Polis Şöbəsində səs-küy salmaqda, polislərə zorakılıq göstərməkdə ittiham olunur. Tərəfimizdən bu ittihamın qondarma, polislərin qurması olması və tamamilə böhtan olduğu qeyd olunaraq, polislərlə A.Cəbiyəv arasında üzləşmə keçirilməsi barədə vəsatət verilmişdi. Vəsatət təmin olunaraq, 12 fevral tarixinə üzləşmə təyin olmuşdu. Səhər erkəndən Gəncə şəhərində olsam və dəfələrlə mustəniqlə əlaqə saxlasam da bütün gün ərzində üzləşmə baş tutmadı. Mustəntiqin sozlərinə görə polislər üzləşməyə gəlməkdən imtina ediblər".
E.Namazov polislərin gec də olsa yalandan üzə dayanmaqdan imtina etməsini yüksək qiymətləndirdiyini deyib: "Yəqin ki, onlara yüksək səviyyədə gostəriş vəriləcək ki, A.Cəbiyəvin üzünə dayansınlar. Ümid edirəm ki, onlar bundan sonra da vicdanlarına qulaq asaraq, bu qondarma iş üzrə şahidlikdən imtina edəcəklər."
Diqqət: Xəbərdən istifadə etdikdə məbəyə istinad lazımdır
