Bismillahir-rəhmanir-rəhim
1.Allahın adı ilə
Əlhəmdulillahi Rəbbil-aləmin. Vəs-səlatu əla səyyidin-əl-ənbiyai vəl-mursəlin və alihi sadatil-ovsiyait-tahirin və əla cəmii-itrətil-məsumin, vələnid-daim əla ədaihim əcməin.
Bir qrup insan məndən moizə və nəsihət istəyir. Əgər onların məqsədi budursa ki, biz deyək, onlar təkcə eşitsinlər, sonra bir başqa dəfə, bir başqa vaxt yenə biz deyək, onlar eşitsinlər, elə isə xəbəri olanlara gizli deyil ki, mən həqir onların bu istəyini yerinə yetirməkdə acizəm. Əgər onlar hər iki dünayada mütləq səadət üçün kifayət edəcək bir “ümmül-kəlam” (həlledici söz) deməyimi istəyirlərsə, (bilin ki) onu həqirin bəyanından çıxarıb sizə çatdırmağa yalnız Allah qadirdir.
Ərz edirəm ki, yaradılşıda məqsəd bəndəlikdir.
و ما خلقت الجن و الانس إلا لیعبدون
Biz cinləri və insanları yalnız bizə ibadət etsinlər deyə yaratdlq (Zariyat surəsi, ayə 56)
Bəndəliyin həqiqəti qəlbdə etiqadla, bədəndə (zahirdə) əməllə günahı tərk etməkdir. O, adət halına keçməyincə, davamlılıq və riayətlə, hər hal, hər zaman, hər məkanda - camaat arasında, gizlində Allahı xatırlamaqla hasil olmaz.
ولا أقول سبحان الله و الحمد لله، لکنه ذکر الله عند حلاله و حرامه
“Sübhanəllah vəlhəmdulillah” deməklə deyil, halal-harama riayət etməklə Allaahı zikr et.
Biz İmam Zamanı (Allah onun zühurunu tezlətsin) ona görə sevirik ki, onun vasitəsilə əmrlər bizə çatır. Onu Peyğəmbər (s), bizim üçün başçı təyin edib. Peyğəmbəri (s) ona görə sevirik ki, Allah-taala onu bizimlə Öz arasında vasitə qərar verib. Allahı ona görə sevirik ki, bütün xeyirlərin mənbəyidir, mümkünlərin (xəlq olunmuşların) vücudu Onun feyzidir.
Əgər özümüzü və kamalı istəyiriksə, Allahı sevməli, Allahı seviriksə feyz vasitələrini - nəbi və vəsini sevməliyik. Yoxsa, ya özümüzü, ya “Vahibül-ətaya”nı, ya da feyz vasitələrini sevmirik. Səadətin iksiri Allahı yad etməkdir. O, (bədənləri) əzələləri mütləq səadətin səbəblərinə doğru hərəkət etdirəndir. Feyz vasitələrinə təvəssül etmək Onun təyin etdiyi ehsan mənbəyidir. Kama çatmaq üçün onların hidayəti ilə hidayət olmalı, yolumuzu onların rəhbərliyi altında getməliyik. Artıq izah istəməyin. Ərz olununanı yazın, qəlbinizdə qeyd edin. O, öz- özünü izah edəcək. Əgər “nə üçün özün əməl etmirsən” desəniz, onda deyirik: Əgər “əməl edənik, hər şeyi bilirik” deməli olsaydıq, bəlkə də burada deyildik və bu bəyan olmazdı. Lakin göstəriş nemətin toxumudur, bəlkə məqsədə çatıdırdı.
ما أخذ الله علی العباد أن یتعلّموا حتی أخذ علی العماء أن یعلّموا
Gizli qalmasın ki, əgər müyəssər olsaydı, əməli nəsihət sözlə deyilən nəsihətdən daha üstündür.
کونوا دعاة إلی الله بغیر أاسنتکم
وفقّنا الله و ایاکم لما یرضیه و جنبنا جمیعاً عن ما یسخطه و السلام علیکم و رحمة الله و برکاته والحمدلله أولاً و آخراً والصلوة علی محمد و آله الطاهرین واللعن علی أعدائهم أجمعین
Məşhəd, rəbiül-əvvəl, 1420
2.Allahın adı ilə
Böyüklü-kiçikli bilməliyik ki, dünya və axirət səadəti üçün yeganə yol, böyük Allaha bəndlikdir. Bəndəlik, etiqad və əməldə günahı tərk etməkdir.
Bildiklərimizə əməl edək. Bilmədiklərimizdə, məlum olanadək dayanıb ehtiyat edək. Belə olsa, heç vaxt peşmanlıq və zərər bizə yol tapmayacaq. Əgər bu əzm bəndədə sabit və möhkəm olsa, böyük Allah onu müvəffəq edəcək, yardımçı olacaq.
والسلام علیکم و رحمة الله و برکاته، و الصلاة علی محمد و آله الطاهرین، واللعن علی أعدائهم أجمعین
3.Allahın adı ilə
Dedim: Əlif,
Dedi: Sonra?!
Dedim: Heç.
Evdə bir nəfər varsa bir hərf bəs edər. Dəfələrlə demişəm, yenə deyirəm: Hər kəs bilsə ki, Allah Onu yad edənlə yoldaş olur, heç bir möizəyə ehtiyacı qalmır. Bilir ki, nəyi etməli, nəyi etməməlidir. Bilir ki, bildiklərini yerinə yetirməli, bilmədiklərində ehtiyat etməldir.
Vəs-salamu ələykum və rəhmatullahi və bərəkatuh.
الاقل محمد تقی البهجة
4.Bismillahir-rəhmanir-rəhim
Əlhəmdulillahi Rəbbil-aləmin. Vəs-səlatu əla səyyidin-əl-ənbiyai vəl-mursəlin və alihi sadatil-ovsiyait-tahirin və əla cəmii-itrətil-mə`sumin, vəl`ənid-daim əla ə`daihim əcməin.
Mömin və möminələrədən ibarət (bir qrup) camaat möizə istəyir. Bu istəyə iradlar var, o cümldən:
1) Nəsihət cüziyyata aiddir. Moizə cüziyyat və külliyatın hər ikisinə aiddir. Tanımayanlar bir-birlərinə nəshiət etməzlər.
2)
«من عمل بما علم ورثه الله علم ما لم یعلم »؛ « [ من عمل بما علم] کفی ما لم یعلم » ؛ ( والذین جاهدوا فینا، لنهدینهم سبلنا(
Bildiyinizə əməl edin, bilmədiyinizdən isə sizə aydın olunca ehtiyat edin. Aydın olduqdan sonra bilin ki, bəzi məlumatları ayaq altına atmısınız.
Qeyri-amildən (əməl etməyəndən) moizə tələb edilsə, etiraza yer var. Qəti olaraq moizə eşidibsiniz, bilirsiniz, (amma) əməl etməmisiniz. Yoxsa aydın olardınız.
3) Hamı bilir ki, “Risaleyi-əməliyyə”ni götürüb oxumaq, anlanmaq və əməldə tətbiq etmək lazımdır. Halal-haram onunla ayrılır. Şəri dəlillər də həmçinin. İstinbat əhli isə, “bilmirik nə edək və etməyək” deyə bilməzlər.
4) Əqidə bəslədiyniz (etimad etdiyiniz) adamın əməllərinə baxın. Onun ixtiyarlı olaraq etdiklərini edin, ixtiyarsız etdiklərini etməyin. Bu ali məqsədlərə çatmaq üçün ən yaxşı yollardandır.
کونوا دعاة إلی الله بغیر ألسنتکم
Əməllə olan moizə, sözlə deyilən mozilərdən daha üstün və daha təsirlidir.
5) Aydın məsələlərdəndir ki, Quranı hər gün oxumaq, münasib vaxt və yerlərdə dualar, təqibat və sairlər; məscidlərdə çox qalmaq, müqəddəs məkanları müşahidə etmək, alimləri, salehləri ziyarət etmək, onlarla bir yerdə olmaq Allahın və onun Rəsulunun (s) razı olduğu əməllərdəndir. Günbəgün bəsirəti, ünsü, ibadəti və tilavəti çoxaltmağa riayət olunsun. Deyilənlərin əksinə olaraq, qəflət əhli ilə çox oturub-durmaq qəlbi daşlaşdırır, qaraldır, ibadət və ziyarətlərdən (bezdirib) uzqlaşlaşdırır. Zəif imanlı şəxslərlə yoldaş olduqdan sonra ibadət, ziyarət və tilavətlərdən aslı olan yaxşı əməllər nöqsanla əvəz olur. Zəruri və hidayət məqsədi istisna olmaqla imanı zəif olanla yoldaşlıq yaxşı adətlərin itirilməsinə səbəb olur, hətta onun pis əxlaqı öyrənilir.