24 yanvar 2011 - 20:30

Daxili İşlər Nazirliyi Masallıda din xadiminin həbsi ilə bağlı məlumat açıqlayıb.

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: Azərbaycan Daxili İşlər Nazirliyi (DİN) Masallıda görkəmli din xadiminin həbsi ilə bağlı məlumat açıqlayıb.

Nazirliyin mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov bildirib ki, DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi rayon Polis Şöbəsi əməkdaşları ilə birgə, əldə olunan əməliyyat məlumatı əsasında Masallı rayon sakini, görkəmli din xadimi 55 yaşlı Fəramiz Abbsovun yaşadığı ünvana baxış keçirilib. Bu zaman F. Abbasova məxsus həyətdə yerləşən yardımçı təsərrüfatda (yəni tövlədə) naməlum şəxslər tərəfindən gizlədilmiş, 1 ədəd “AK-74” avtomatı, 1 ədəd naqan tipli tapança, 20 ədəd qumbara, 20 ədəd alışdırıcı, 7 ədəd 400 qramlıq və 1 ədəd 200 qramlıq tratil şaşkalar, 3 ədəd güllə darağı və 70 ədəd patron aşkar edilərək götürülüb. Faktla əlaqədar F. Abbasov şübhəli şəxs qismində saxlanılıb.

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır