21 yanvar 2011 - 20:30

Bir neçə gündür ki, "Feysbuk" sosial şəbəkəsində Azərbaycan Respublikasının deputatı Qənirə Paşayevanın görüntüləndiyi şəkil yayılmaqdadır.

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: Bir neçə gündür ki, "Feysbuk" sosial şəbəkəsində Azərbaycan Respublikasının deputatı Qənirə Paşayevanın görüntüləndiyi şəkil yayılmaqdadır. Bakı saytlarının məlumatına görə, Ddeputat ilə yanaşı duraraq poza verən şəxsin kimliyini tanıyan şəbəkə üzvləri bu fotoya sərt təpki göstərirlər.

Bir sıra şəbəkə üzvləri bu gəncin Türkiyədə fəaliyyət göstərən keçmiş Demokratik Toplum Partiyasının (indiki BDP - PKK-nın siyasi qolu) liderlərindən olan Əminə Aynanın Bakıda təhsil alan oğlu Ömər olduğunu bildirir, millət vəkilini "saxta turançı" deyə ittiham edirlər.

O da bildirilir ki, Ə.Ayna uzun illər dağda silahlı terrorçuluqla məşğul olub, əri hələ də dağlardadır, ayrıca Ömər Ayna da PKK üzvüdür.

Məşhur PKK-çı ailənin övladı olan şəxsin Bakıda sərbəst bir şəkildə təhsil alması, "Gülüstan" sarayında keçirilən dövlət tədbirlərindən birində millət vəkili ilə yanaşı duraraq şəkil çəkdirməsi maraqlı faktdır.

Bəzi müşahidəçilərin qənaətincə Türrkiyə - Ermənistan normallaşma prosesinin eləcə də Türkiyə - İsrail arasında gərginliyin artmasının ardınca, rəsmi Bakı PKK və sionist rejiminə daha da yaxınlaşmaq istəyir.

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır