11 yanvar 2011 - 20:30

Qafqaz Müsəlmanlar İdarəsinin Mövsüm Səmədovla bağlı tənqidi çıxşına, Dağ Yəhudiləri İcmasının sədri Semyon İxiilovdan dəstək gəlib

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən:  Azərbaycan İslam Partiyasının sədri Mövsüm Səmədovun və onunla birgə partiya rəhbərliyinin həbs olunması ölkədə böyük rezonans yaradıb. Artıq Azərbaycanda həm dövlət idarələrində, həm müxalifət düşərgəsində və həm də yerli əhali arasında bu mövzu geniş müzakirə obyektinə çevrilib. AİP sədri və onun əmisi oğlunun evindən silah tapılaraq həbs olunması, bütün düşərgələrdə müxtəlif mövqe ilə qarşılanır. Müxalifət düşərgəsi və insan hüquqları müdadiəçiləri bu həbsi şər-böhtan və qanunsuz əməl, dövlət və dövlətə yaxın olan qurumlar isə haqlı sayır. Yanvar ayının 10-da Qafqaz Müsəlmanlar İdarəsi (QMİ) də AİP sədrinin həbs olunmasına səbəb kimi göstərilən partiyanın Baş Məclisində çıxışını tənqid edib. Mövsüm Səmədovun çıxışını cəmiyyətdə zərərli meyllərə, parçalanma və qarşıdurma cəhdlərinin yaranması kimi qiymətləndirmiş QMİ, bu cür çıxışıları qəbuledilməz sayıb.

Dünən artıq Qafqaz Müsəlmanlar İdarəsinin Mövsüm Səmədovla bağlı tənqidi çıxşına, Dağ Yəhudiləri İcmasının sədri Semyon İxiilovdan dəstək gəlib. Azərbaycanda rusca fəaliyyət göstərən Aze.az saytına münasibət bildirən Semyon İxiilov, "Biz Azərbaycandakı yəhudilər, Qafqaz Müsəlmanları İdarəsinin verdiyi bəyanatı tamamilə dəstəkləyirik"-sözlərini deyib.

Məhz Yəhudi İcmasının AİP sədrinin həbsini və QMİ-nin bu məsələ ilə bağlı sərt bəyanat verməsini dəstəkləməsi maraq doğurmurmu?!

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır