8 yanvar 2011 - 20:30

SUMQAYIT DİNDARLARI DA HƏBS EDİLDİ

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: bu gün səhər saatlarında Sumqayıt polis işçiləri Sumqayıtda dindarların evlərinə gələrək onları polis bölməsinə aparıblar.Sumqayıt şəhər sakini sakini bildirdi ki, hal-hazırda onlardan 4 nəfəri Kamran, Azad Zülfüqarov, Novruz, Salehli Akif və Zöhrab adlı şəxs məhkəməyə aparılıblar. Verilən məlumata görə, guya dindarlar polis onları evdən apararkən onlara müqavimət göstəriblər. Onlar 310-cu maddə ilə ittiham olunurlar.

Sumqayıt sakini həmçinin bildirib ki, polislər bizə deyirlər ki, bizə yuxarıdan siyahı gəlib və o siyahıya əsasən həbs edirik.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır.